Seperatçıların məqsədi yeni münaqişə ocağı yaratmaq, vəziyyəti gərginləşdirməkdən ibarətdir. Bu da Ermənistan və onun Qarabağdakı tör-töküntüləri üçün yaxşı heç nə vəd etmir
Qarabağda fəaliyyət göstərən separatçı rejimin hər hansı üzvünün, xüsusilə də özünə və ətrafına qondarma vəzifələr uydurmuş terrorçu Araik Arutyunyanın səsləndirdiyi bəyanatlar Azərbaycan dövləti tərəfindən, ümumiyyətlə, ciddiyə alınmır.
“İki sahil” xəbər verir ki, bu fikri siyasi şərhçi Sahil Kərimli söyləyib.
Onun sözlərinə görə, həmin separatçıların məqsədi yenə də bölgədə sülhə və təhlükəsizliyə təhdid yaratmaq, əsassız bəhanələr gətirməklə dünya ictimaiyyətini çaşdırmaqdır. Azərbaycan Laçın yolunu bağlamayıb, yol açıqdır. Yolun kənarında, sadəcə, etiraz aksiyası keçirilir.
“Son günlər baş verən hərbi təxribatlar bir daha göstərir ki, Azərbaycan ictimaiyyətinin nümayəndələri Laçın yolunda etiraz aksiyası keçirməkdə tamamilə haqlıdırlar. Qarabağda fəaliyyət göstərən qanunsuz erməni silahlı dəstələri ötən ilin dekabrından Laçın yolu vasitəsilə qanunsuz daşımalar, həmçinin cinayətlər törədə bilmirlər. İş o yerə çatıb ki, Ermənistan Xankəndiyə gizli, qaçaq yollarla silah-sursat, minalar daşımağa cəhd edir. Azərbaycan tərəfi də öz suveren hüquqlarından istifadə edərək bu cinayətin qarşısını qətiyyətlə alır. Bütün dünya görür ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi və Qarabağdakı terrorçu dəstələr bölgədə sülh istəmirlər”, - deyə S.Kərimli qeyd edib.
Qarabağ bölgəsində yaşayan dinc etnik ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdır. Bunun ikinci yolu yoxdur. Erməni milliyyətindən olan Azərbaycan vətəndaşları ya dövlətimizin qanunları altında yaşamalı, bunu qəbul etməyənlər isə ərazilərimizi birdəfəlik tərk etməlidirlər
Siyasi şərhçinin fikrincə, seperatçıların məqsədi yeni münaqişə ocağı yaratmaq, vəziyyəti gərginləşdirməkdən ibarətdir. Bu da Ermənistan və onun Qarabağdakı tör-töküntüləri üçün yaxşı heç nə vəd etmir. Azərbaycan dövlətinin səbrinin tükənməz olduğunu, gücünü və qüdrətini Ermənistan 44 günlük Vətən müharibəsi zamanı yaxşı gördü. Görünür, bu acı nəticələr onlar üçün ya yetərli dərs olmayıb, ya da birdəfəlik məhv olmaq istəyirlər. O ki qaldı, Araik Arutyunyan və havadarlarının Qarabağ ermənilərinin Azərbaycana inteqrasiya etməsinə qarşı çıxmasına, bu da sülh quruculuğu prosesinə yönəlmiş növbəti təxribatdır.
Sahil Kərimli sonda bildirib: “Araik unutmasın ki, Xankəndi və ətraf ərazilərdə məskunlaşan etnik ermənilər Azərbaycan vətəndaşlarıdır. Onların hüquqlarına, sosial təminatlarına, həyat şəraitinə Azərbaycan dövləti təminat verir. Qarabağ bölgəsində yaşayan dinc etnik ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdır. Bunun ikinci yolu yoxdur. Erməni milliyyətindən olan Azərbaycan vətəndaşları ya dövlətimizin qanunları altında yaşamalı, bunu qəbul etməyənlər isə ərazilərimizi birdəfəlik tərk etməlidirlər. Araik kimi terrorçulara isə ümumiyyətlə torpaqlarımızda yer yoxdur. Arutyunyanın əli minlərlə günahsız azərbaycanlının qanına batıb və o, ən sərt formada cəzalanacaq. Buna şübhəsi olmasın”.