07 mart 2023 18:37
275

Prezident: Azərbaycanın xarici siyasətində Çinlə əməkdaşlıq əsas prioritetlərdən biridir

Azərbaycanın xarici siyasətində Çinlə əməkdaşlıq əsas prioritetlərdən biridir.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edərkən bildirib.

Prezident İlham Əliyev Vahid Çin siyasətini, Çinin ərazi bütövlüyü və suverenliyini daim dəstəklədiyini qeyd edib.