08 mart 2023 15:31
261

Prezident: Latviya və Azərbaycan strateji tərəfdaşlardır

"Latviya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Ölkələrimiz strateji tərəfdaşlardır".

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits görüşdən sonra mətbuata bəyanatında deyib.

Bir neçə il əvvəl ölkələrimiz arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalandığını vurğulayan dövlət başçısı bildirib: “Biz həqiqətən strateji tərəfdaş kimi addımlar atırıq”.