08 mart 2023 16:27
313

Latviya Prezidenti Egils Levits Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Egils Levits martın 8-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

“İki sahil” xəbər verir ki, Latviya Prezidenti Ulu Öndərin məzarı önünə əklil qoyub.