Latviya NATO və Avropa İttifaqının üzvüdür. Biz Azərbaycanı iqtisadi əlaqələrdə yaxın tərəfdaş kimi görürük.
“İki sahil” xəbər verir ki, bu barədə Latviya Prezidenti Egols Levits Bakıda Azərbaycan və Latviyadan olan iş adamları ilə görüşdə deyib.
Latviya Prezidenti deyib ki, Avropanın enerji bazarında Azərbaycan fəal rol oynayır: “Enerji mənbələrinin şaxələndirilməsində Azərbaycanın rolu var”.
Egols Levits qeyd edib ki, Azərbaycan və Latviya arasında yaxın qarşılıqlı əlaqələr də mövcuddur: “iiqtisadi sahədə əlaqlərimiz inkişaf edir və bunun daha da irəliləyəcəyinə ümid edirik. Nəqliyyat və logistika da bizim maraqlandığımız və Azərbaycanla əməkdaşlıq etmək istədiyimiz sahələrdir”.