09 mart 2023 12:07
284

XİN: Erməni qüvvələrinin Azərbaycan ərazisindən çıxarılacağı bəyan edilsə də, bu hələ də baş verməyib

Bununla yanaşı, Ermənistan siyasi rəhbərliyinin erməni qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmadığını etiraf etdiyi məlumdur.

“İki sahil” xəbər verir ki, bu Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan XİN-ə cavabında qeyd edilib.

“Habelə Qüvvələrin 2022-ci ilin sentyabr ayında çıxarılacağı bəyan edilsə də, bunun hələ də baş vermədiyi bəllidir. Azərbaycan ərazisindən hansı qüvvələrin çıxarılması barədə öhdəliyə gəldikdə isə bir daha xatırladırıq ki, 10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndinə əsasən, məhz bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması nəzərdə tutulur və bu məsələdə manipulyasiyalar yolverilməzdir”, - məlumatda deyilir.