09 mart 2023 12:23
261

Azərbaycan XİN: Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsi yaradılması labüddür

“Ermənistan tərəfinin Azərbaycana qarşı təcavüz siyasətinin və qeyri-qanuni əməllərinin qarşısının alınması məqsədilə, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsi yaradılması labüddür”.

“İki sahil” xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Azərbaycan əleyhinə 8 mart tarixli saxta və yalan dolu bəyanatına dair şərhində qeyd olunub.

“Azərbaycan bundan sonra da öz milli maraqlarının və təhlükəsizliyinin müdafiəsi məqsədilə bütün lazımi tədbirləri görməyə davam edəcək”, – şərhdə vurğulanıb.