"Nizami Gəncəvi Beynəlxalq Fondu inandırıcı gücə çevrilir, beynəlxalq platforma kimi qəbul edilir. Bu beynəlxalq platforma ideyaların mübadiləsi üçün artıq beynəlxalq hab rolu oynayır. Bu platforma qlobal narahatlıqlarla bağlı sulları müzakirə etməyə cavab axtarmağa imkan verir".
“İki sahil” xəbər verir ki, bunu Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa X Bakı Qlobal Forumunda çıxışında deyib.
O bildirib ki, qlobal ictimaiyyət təhdid və təhülklərlə bağlı ortaq anlayışa sahib olarsa və həmrəylik göstərərsə, o zaman bu təhdid və təhlükələrin nəticələri ilə mübarizə daha asan olar.
Vayra Vike-Freyberqa çıxışında Rusiyanın Ukraynaya təcavüzkar və əssasız müharibə aparması barədə danışıb.
"Böyük bir ölkə öz tarixi fantaziyalarına və illuziyalarına əsaslanaraq öz qonşusuna hücum edirsə bu qəbuledilməzdir. Ukraynaya qarşı aqresiyasında biz bunu görürük".
Latviyanın keçmiş Prezidenti Azərbaycanda dini azadlığın təminatını təqdir etdiyini vurğulayıb. "Azərbaycan din azadlığını qətiyyətlə təmin edir, qadın hüquqlarına hörmət olunur".
Keçmiş Latviya Prezidenti Qoşulmama Hərəkatına sədrliklə bağlı da Azərbaycanı təbrik edib.
Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər
Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik
Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır
Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb