09 mart 2023 12:58
351

Gürcüstanın sabiq Prezidenti: Qlobal Bakı Forumunun formatı daha da genişlənir, yeni üzvlər görürük

Qlobal Bakı Forumu hər zaman yüksəkdə olub və getdikcə bu format daha da genişlənir, yeni üzvlər görürük.

“İki sahil” xəbər verir ki, bunu X Qlobal Bakı Forumunda iştirak edən Gürcüstanın sabiq Prezidenti Giorgi Marqvelaşvili jurnalistlərə bildirib.

O, artıq çoxdandır bu forumda iştirak etdiyini diqqətə çatdırıb və vurğulayıb ki, hər dəfə bu prosesə qatılan maraqlı və yeni iştirakçılar görür: “Bu mənim üçün təcrübələri bölüşmək üçün xüsusi formatdır. Biz qlobal problemlər barədə dünyanın müxtəlif regionlarından, müxtəlif perspektivlərdə danışırıq. Bu kontekstdə forum olduqca maraqlıdır”.