“Rusiyanın Ukraynaya aqressiyasına beynəlxalq səviyyədə ilk dəfədir ki, reaksiya verilir. Biz icazə verməməliyik ki, qəbul edilmiş standartlar pozulsun”.
“İki sahil” xəbər verir ki, bunu Latviya Prezidenti Egils Levits X Qlobal Bakı Forumu çərçivəsində “Bölünmüş dünyada dayanıqlığın qurulması: Onun qlobal sülhə təsiri” mövzusunda keçirilən ilk panel iclasda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, beynəlxalq hüquq dünya sülhünün təməlidir: “Beynəlxalq hüquq həm də bütün səviyyələrdə təmin edilməlidir. Aqressiyalara dözülməməlidir və cəzasız qalmamalıdır. İlk öncə hərbi, iqtisadi və s. dəstək olmalıdır”.
Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik
Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır
Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb