Mən inanmıram ki, Putin Ukraynadan imtina edəcək.
“İki sahil” xəbər verir ki, bunu Norveçin keçmiş Baş naziri Kjell Magne Bondevik X Qlobal Bakı Forumunda panel müzakirəsi zamanı deyib.
BMT-nin münaqişələrin həllində qeyri-effektiv olması ilə bağlı sualı cavablandıran keçmiş baş nazir: "Düşünmürəm ki, məsələ BMT və onun Nizamnaməsi ilə bağlıdır. Hesab edirəm ki, Rusiyanın törətdiklərinə görə məsuliyyətə cəlb olunması üçün biz tribunal təşkil etməliyik. Bu gün BMT-ni zəiflədən onun Təhlükəsizlik Şurasıdır, TŞ-nin tərkibi müasir dövrə uyğun gəlmir, bu İkinci Dünya Müharibəsindən sonra formalaşıb".
Ukraynadakı müharibə ilə bağlı Norveçin keçmiş Baş naziri deyib ki, heç kim müharibənin nə zaman bitəcəyini bilmir.
"Mən qorxuram ki, Putin dayanmayacaq və əlbəttə ki, əgər Rusiyanın daxilində nəsə dəyişiklik olmazsa, o, törətdiklərinə davam edəcək. Putinlə bir neçə dəfə görüşmüşəm və hər dəfə onun necə dəyişməsinin şahidi olmuşam. İlk görüşdə mənə görə o, rasional idi, mən inanmışdım ki, Putin Rusiyada demokratik dəyişikliklər aparacaq, Rusiyanın demokratik təsisatlarını gücləndirəcək. Lakin indi, o, Rusiyanın genişləndirməyə çalışır”, o deyib.
Kjell Magne Bondevik Putinin Ukraynadan vaz keçməyəcəyini və müharibənin yaxın gələcəkdə sonunun görünmədiyini deyib.
Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik
Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır
Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb