Həm Azərbaycanın, həm də Latviyanın iqtisadi əməkdaşlığı gücləndirmək üçün güclü potensialı var.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Latviya Prezidenti Egils levits deyib.
"Artıq bu istiqamətdə müsbət trend var və biz bu yolu izləməyə davam etməliyik. Latviya informasiya texnologiyaları sahəsində inkişaf edib, Azərbaycanın bərpa olunan enerji sahəsində yaxşı potensialı var. Beləliklə bizim birgə əməkdaşlığımız üçün potensial böyükdür. Həmçinin, elm və təhsil sahəsində əməkdaşlıq potensialımız var"”, - o əlavə edib.
Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər
Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik
Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır
Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb