09 mart 2023 15:20
363

Latviyanın sabiq Prezidenti: Bakı Qlobal Forumunun tərkibinin daha da genişlənəcəyini gözləyirəm

“Mən gələcək forumların da heyət tərkibi baxımından daha da genişlənəcəyini gözləyirəm”.

“İki sahil” xəbər verir ki, bunu Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa deyib.

“Hazırkı baş nazirlər, prezidentlər və keçmiş hökumət və dövlət başçıları bu Forumda iştirak edir, yüksək səviyyəli müzakirələr keçirilir”, - o bildirib.