Bu gün yalnız Cənubi Qafqazda deyil, bütövlükdə dünyada vəziyyət mürəkkəbdir.
“İki sahil” xəbər verir ki, Bunu X Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana gəlmiş Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadze bildirib.
O, Ukrayna müharibəsindən sonra regionun və dünyanın müxtəlif təhdid və çətinliklərlə üzləşdiyini bildirib.
“Rusiyanın Ukraynada apardığı müharibə bizim regiona və eyni zamanda dünyaya təsir edir. Hesab edirəm ki, bu müharibəni sonlandırmaq üçün bütün addımlar atılmalıdır. Təbii ki, bir dalana dirənmənin olduğu da müşahidə olunur. Bizim regionumuzun, Azərbaycanın, Gürcüstanın və Ermənistanın ciddi problemləri var. Gürcüstanın iki ərazisi - Abxaziya və Osetiya işğal altındadır və bu ərazilərdə Rusiya qüvvələri var. Ümumilikdə vəziyyət bizi narahat edir”, Nino Burcanadze deyib.
Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik
Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır
Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb