Artıq onuncu dəfədir Bakı Forumu toplaşırıq və ilbəil məmnunluqla görürük ki, onun inandırıcı qüvvəsi, onun müxtəlifliyi və müstəsna keyfiyyətli təcrübəsi, intellektual potensialı baxımından əhəmiyyəti artır.
“İki sahil” xəbər verir ki, bu barədə Latviyanın sabiq Prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike–Freyberqa X Qlobal Bakı Forumundakı çıxışında bildirib.
“Bakı Forumu, əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi olmadan baş tuta bilməzdi. Prezident lap ilk günlərdən bizə öz dəstəyini verdi. Qlobal Bakı Forumunu dünyanı narahat edən çağırışların həlli yollarının tapılması ilə bağlı fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətli hesab edirik”, - deyə Vayra Vike–Freyberqa vurğulayıb.
Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik
Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır
Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb