10 mart 2023 16:41
445

XİN ABŞ-ın Ermənistandakı səfirinə cavab verdi

Laçın yolu qanunsuz hərbi və iqtisadi məqsədlər üçün nəzərdə tutulmayıb.

“İki sahil” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə "Tvitter" hesabında ABŞ-ın Ermənistandakı səfirinə cavabında bildirib. Ayxan Hacızadə Azərbaycanın yolda maneəsiz hərəkətin təmin edilməsi mqəsədilə əlindən gələn bütün tədbirləri gördüyünü qeyd edib.

“Laçın yolu normal nəqliyyat üçün hər zaman açıq olub və qanunsuz hərbi və iqtisadi məqsədlər üçün nəzərdə tutulmayıb. Azərbaycan yolda maneəsiz hərəkəti təmin etmək üçün əlindən gələn bütün tədbirləri görür. Şəffaflıq və təhlükəsizlik üçün Azərbaycan və Ermənistan arasında sərhəd nəzarət məntəqəsinin olması mütləqdir”, - o bildirib.