10 mart 2023 21:34
332

TDT-yə daxil olan ölkələrin səfirləri Zirvə Görüşünə hazırlıq məsələlərini müzakirə ediblər

Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin səfirləri Ankarada Zirvə Görüşünə hazırlıq məsələlərini müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov "tviter" hesabında yazıb.

Səfir bildirib ki, həmkarları ilə Özbəkistanın Türkiyədəki səfirliyində bir araya gəliblər.

Qeyd edək ki, Zirvə Görüşü martın 16-sı Ankarada keçiriləcək.