11 mart 2023 11:11
400

Türkiyənin zəlzələ bölgəsində olan 2 nəfər Azərbaycan vətəndaşı haqqında hələ də məlumat yoxdur

İndiyə qədər, 2 nəfər Azərbaycan vətəndaşı haqqında hələ də məlumat əldə etmək mümkün olmayıb, onların axtarışları davam etdirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Türkiyədə zəlzələ nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarına dəstək tədbirləri çərçivəsində vətəndaşlarımızın və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşlarının zəlzələ bölgəsindən planlaşdırılan sonuncu təxliyəsi ilə bağlı yaydığı məlumatda qeyd edilib.