Bu gün regional stabillik, Yaxın Şərq təhdid olunur, bu təhdid İrandır.
“İki sahil” xəbər verir ki, bunu İsrailin kəşfiyyat naziri Gila Gamlieli X Qlobal Bakı Forumunda çıxışında deyib.
O qeyd edib ki, İran bütövlükdə Yaxın Şərq və digər ölkələr üçün təhdiddir. İran nüvə saflaşdırmasını 84 faizə çatdırıb və bəyan edib ki, guya bu, səhvən baş verib. Ancaq İran AEBA-ya və beynəlxalq ictimaiyyətə yalan danışır. İran öz xalqına yalan danışır.