11 mart 2023 15:15
347

Səfir: Ermənistan öz silahlılarını Qarabağa daşımağa davam edir

Ermənistan Rusiya sülhməramlılarının dəstəyi ilə öz silahlılarını Qarabağa daşımağa davam edir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri, ölkəmizin NATO-dakı səfiri Cəfər Hüseynzadə “Twitter“də yazıb.

“Ermənistan öz silahlı dəstələrini Rusiya sülhməramlılarının dəstəyi ilə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə Azərbaycanın Qarabağ iqtisadi rayonuna daşımaqda davam edir. Bu da 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın qəsdən pozulmasıdır və hərbi əməliyyatların bərpasına səbəb ola bilər” - Hüseynzadə qeyd edib.