11 mart 2023 16:12
297

Hakimə Əl Haite: 20 ildən sonra iqlim dəyişikliyinin təsirlərinin artıq geridönüşü olmayacaq

“İqlim dəyişikliyinin nəticələri bəşəriyyətin indiyədək üzləşdiyi ən çətin problemdir”.

“İki sahil” xəbər verir ki, bunu “Liberal International” təşkilatının prezidenti Hakimə Əl Haite X Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında deyib.

“20 ildən sonra iqlim dəyişikliyinin təsirlərinin artıq geridönüşü olmayacaq. Sənayeləşmiş ölkələr emissiyaları dayandırmalıdırlar”, - o bildirib.

Onun sözlərinə görə, iqlim fəlakətləri kimi, karbon qazı emissiyaları da artmaqdadır.