Azərbaycan İrana nota verib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırarkən məlumat verib.
"Martın 11-də İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub", - birgə bəyanatda qeyd olunub.