Foto - Eçmiədzində erməni ordusu hissələri. 1918-ci il. Bu ordu hissəsi sonradan soyqırım törədənlərin bir hissəsi olacaqdı
1919-cu ildə Hayastan Respublikası azərbaycanlıların yaşadığı Zəngibasar, Vedibasar, Dərələyəz və digər mahallarında böyük soyqırımlar törətiblər. Ərazi olaraq indiki Ermənistan respublikasına daxil olmayan bu ərazilər həm də ermənilər tərəfindən işğal edilirdi. Bu qətliamlarda kişi, qadın və uşaq fərq qoyulmadan qətl edildi. Qətliama məruz qalan əhalinin sayı bu günə qədər tam dəqiqləşdirilməyib. Lakin söhbət yüz minlərlə azərbaycanlı türklərindən gedirdi. Bu qətliamlar Ermənistan nizami qüvvələrinin iştirakı və Ermənistan rəsmilərinin verdikləri əmrlərlə də təsdiq olunur. Həmin sənədlər arxivlərdədir. Bu arxivlərdə yorulmadan çalışmaq lazımdır. Həmin sənədlər XX əsrin əvvəllərində baş vermiş böyük soyqırımın sübutlarıdır. Bu günə qədər, Ermənistan qarşısında bu məsələ qaldırılmamış, soyqırımı törədənlər isə Ermənistanın milli qəhrəmanları elan edilmişdilər. Bütün bu tarix dəqiq sənədlərlə araşdırılmalı və dünya ictimaiyyətinə çatdırılmalı, erməniləri törətdiyi bəşəri faciənin günahkarları kimi müəyyən edilməli, erməni xalqı bu hadisəyə görə Azərbaycan xalqından üzr istəməli, törətdiyi soyqırıma görə kompensasiya ödəməli və bu soyqırımı törədən xalq kimi tanınmalıdır. Baş vermiş bu soyqırım 1 ildən çox davam etmişdir. Nəticədə Ermənistanda yaşayan qərbi azərbaycanlıların etnik təmizlənməsi baş vermiş və sağ qalan əhalinin az bir hissəsi sovet dövründə doğma torpağına geri dönə bilmişsə də, sonradan yenidən etnik təmizləməyə və deportasiyalara məruz qoyulmuşdur.
İrəvan şəhərində əhaliyə nəzarət olduğundan kütləvi şəkildə əhalini məhv edə bilməyən Ermənistan höküməti çox çirkin bir metoda əl atmışdı. İrəvanın müsəlman məhəllələrinə Türkiyədən qaçqın gələn və yolxucu xəstəliklər gətirən erməniləri kazarmalara topladılar. Həmin dövrdə bu ermənilər özləri gətirdikləri bu xəstəliklərlə kütləvi şəkildə qırılırdı. Bu üzdən onları Təpəbaşı, Dəmirbulaq məhəllələrinə yerləşdirildilər. İrəvanda hələ də sağ qalan müsəlman əhalini bu yolxucu xəstəliklər qırmalı idi.
Törədilmiş soyqırımın mühakimə tarixi yoxdur. Üzərindən yüz il keçsə belə, bu soyqırım məhkəmə predmetidir. Bunu beynəlxalq hüquq deyir. Bu üzdən, Qərbi Azərbaycanlıların soyqırımı beynəlxalq səviyyədə tanınmalıdır. Lakin bunu etməzdən öncə bütün arxiv sənədləri işıq üzünə çıxarılmalıdır. Kütləvi çap edilməli və xarici dillərdə variantları olmalıdır. İlk mərhələ budur.