13 mart 2023 19:38
443

Azərbaycan və Rusiyanın İsraildəki səfirləri görüşüb

Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov Azərbaycanın İsrailə yeni təyin olunmuş səfiri Muxtar Məmmədovla görüşüb.

“İki sahil”  TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın İsraildəki səfirliyi məlumat yayıb.

Görüş zamanı Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi perspektivləri və digər məsələlər müzakirə olunub.