Dünyada İslama sülh dini kimi baxılır.
“İki sahil” xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransa ünvanladığı video müraciətində BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Mişel Angel Moratinos deyib.
Onun sözlərinə görə, ötən il BMT 15 martı İslamafobiyaya qarşı beynəlxlaq mübarizə günü elan edib.
"İslamafobiya təkcə İslam dininə və müsəlman cəmiyyətinə qarşı deyil, bu, fobiyadır, insanlara, insan hüquqlarına qarşı olmaq deməkdir. Mən ümid edirəm ki, konfrans vasitəsilə bu gün və sabah İslama hörmət, İslamafobiyaya qarşı birgə mübarizə və istənilən dinə qarşı nifrət və diskriminasiyanın qəbuledilməzliyi ilə bağlı vacib mesajlar veriləcək", BMT rəsmisi vurğulayıb.
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB