“Fransanın Əlcəzair xalqına və Afrikanın, Cənub-Şərqi Asiyanın digər ölkələrinə qarşı törətdiyi vəhşilik, kütləvi vəhşiliklər dünyanın heç vaxt unutmamalı, lakin ədalət tələb etməli olduğu bir şeydir. Gələcəkdə bu faciələrin qarşısını almaq üçün əlimizdən gələni etməliyik”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Haqları Komissiyasının üzvü Aydın Səfixanlı Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Fransa 130 ildən artıqdır ki, 1,5 milyondan çox nəfərin həyatına son qoyduğu Əlcəzair xalqına qarşı dəhşətli müharibə aparır.
Aparat rəhbəri qeyd edib ki, beynəlxalq səviyyədə insan hüquqlarının aktual problemlərindən biri də sülh və insanlığa qarşı cinayətlərə, müharibə cinayətlərinə görə məsuliyyət daşıyan bütün şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsidir:
“Bununla bağlı beynəlxalq hüquq bir sıra mexanizmlər işləyib hazırlayıb. Onlardan biri də beynəlxalq məhkəmələrdir. Beynəlxalq tribunallar beynəlxalq cinayətlərdə təqsirləndirilən şəxslərə və dövlətlərə, habelə bu cür cinayətlərin qurbanlarına qarşı ədaləti təmin etmək üçün yaradılmış mexanizmdir”.
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB