Müsəlmanlara qarşı mədəni, siyasi baxımdan qərəzli münasibət bəslənilib. Bu baxımdan Ermənistan-Azərbaycan münaqişəsində münaqişənin heç bir dini tərəfi olmasa da, ermənilər özlərindən dini rəvayətlər uyduraraq ölkəmizə qarşı ərazi iddiası irəli sürüblər. Azərbaycan 30 il ərzində Ermənistanın işğalçı təcavüzünə məruz qalıb. Biz tarix boyu müsəlmanların təcrid olunmasını görürük.
“İki sahil” xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda bildirib.
“İslamofobiya anlayışının həm də dövlətlərin təhlükəsizliyinə, ərazi bütövlüyünə, iqtisadiyyatına və sosial məzmunlara ciddi təsiri var. İslamofobiya doğurduğu nəticələr baxımından müxtəlif kontekstlərdə mövcuddur”, - deyə Fərid Şəfiyev qeyd edib.
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB