AMEA-nın Şərqşünaslıq İnstitutunun təmsilçisi Leyla Məlikova "İslamofobiya: Avropa və milli qanunvericilik” adlı plenar iclasda "Müasir Avropada islamofobiya (Fransa): Bunun kökləri, mexanizmi və aktorlar" mövzusunda prezentasiya edib.
“İki sahil” xəbər verir ki, o, bildirib ki, Fransada islamofobiya alət kimi istifadə olunur: “İslamofobiya və anti-müsəlman tendensiyası son illərdə özünü kəskin göstərir. Cinayət halları müsəlmanlarla əlaqələndirilir. Fransa cəmiyyətində müsəlmanlar barbar kimi təsvir edilir”.
Onun sözlərinə görə, araşdırmalara əsasən islamofobiyanın Fransada orta əsrlərdə meydana çıxdığı aydın olur: "Fransız kolonistləri İslamı müasirliyə qarşı maneə kimi xarakterizə edirdilər. İndi isə islamofobiya yalnız Fransada deyil, digər ölkələrdə də mövcuddur. Fransa Əlcəzairin koloniyaya çevrilməsi zamanı orada əhalinin üçdə biri qətl edildi. Bəzi tədqiqatçılar bu prosesi Fransanın qələbəsi kimi təsvir edirdi".
O əlavə edib ki, Jak Şirakın Prezidentliyi dövründə bəzi faktlar üzə çıxıb: "Fransanın qaranlıq keçmişi yalnız Əlcəzairlə deyil, həm də Nigeriya ilə də bağlıdır. Hətta fransız ekspertlər deyir ki, Fransa qaranlıq kolonial keçmişi ilə bağlı hələ də üzləşməyib".
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib