"Fransada təkcə müsəlmanlara deyil, islamofobiya ilə bağlı vəziyyəti tənqid edənlərə də nifrətlə yanaşırlar".
“İki sahil” xəbər verir ki, bunu "Report"a açıqlamasında politoloq və ərəbşünas, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) nümayəndəsi Fransua Burqa deyib.
“Mən Fransada olarkən sosial şəbəkələrdə təkcə müsəlmanlara deyil, həm də islamofobiyanı tənqid edənlərə qarşı böyük bir nifrət dalğasının şahidi oluram”, - o bildirib.
Politoloq qeyd edib ki, Fransa inqilabı zamanı insanlar kilsə hakimiyyətinə qarşı mübarizə aparırdı: “Buna görə də Fransada dini mənsubiyyətinizi açıq şəkildə göstərə bilməzsiniz, hansı dinə mənsub olduğunuzu göstərən heç nə geyinə bilməzsiniz”.
Fransua Burqa əlavə edib ki, bir vaxtlar Fransanın müstəmləkəsində olan xalqlar bu gün onların başına gələnlər barədə həqiqəti dünyaya çatdırmaq istəyirlər, lakin fransızlar buna qarşı çıxırlar.
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib