Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələri sırasına nazirlik sisteminə daxil olan qurumların fəaliyyətini yoxlamaq, habelə onların fəaliyyətinə nəzarəti həyata keçirmək daxil edilib.
“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklkidə əksini tapıb.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.), habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin vahid sistemini təşkil edir.
Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu bu vahid sistemdən çıxarılır.
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib