15 mart 2023 15:42
448

Fransada müsəlman qadınlara qadağa ayrı-seçkilikdir

Fransada müsəlman qadınların hicab qadağası həm də seksist yanaşma və ayrı-seçkilikdir.

“İki sahil” xəbər verir ki, bunu Löven Katolik Universitetinin Sosial və mədəni antropologiya şöbəsinin əməkdaşı Həmzə Esmili İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransında "Fransada islamafobiya” adlı plenar iclası zamanı deyib.

O, bu halı bir qadına öz bədəni ilə davranışın təlqin edilməsi kimi qiymətləndirib.

"Bu, absurddur. Fransada müəyyən siyasi müsəlman qruplarla fikirlərinin üst-üstə düşməməsinin əziyyətini məhz müsəlman cəmiyyəti çəkir. Bunun özü də olduqca qüsurlu faktdır", - Həmzə Esmili vurğulayıb.