15 mart 2023 23:07
564

Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıblar

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.

“İki sahil” xəbər verir ki, görüşdə ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi, ticarət, enerji, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və regional məsələlər müzakirə olunub.