BMT nümayəndələrindən ibarət nümayəndə heyəti Füzuliyə gəlib.
“İki sahil” xəbər verir ki, göyərtəsində qonaqların olduğu təyyarə Füzuli Beynəlxalq Hava Limanına enib.
Səfər zamanı Füzuli və Ağdamda aparılan bərpa işləri ilə tanışlıq nəzərdə tutulub.
Həmçinin Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə münasibətilə ağacəkmə aksiyası da keçiriləcək.
BMT-nin nümayəndə heyəti əsas diqqəti Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi, ətraf mühitin mühafizəsi və su ehtiyatlarından səmərəli istifadəsi, kənd təsərrüfatı, səhiyyə, şəhərsalma, gender bərabərliyi məsələləri və Azərbaycan ilə BMT arasında əməkdaşlığın digər sahələrinə yönəldəcək.
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib