Milli Məclisin bir qrup deputatı Qazaxıstan parlamentinə keçiriləcək seçkiləri müşahidə etmək üçün martın 16-da bu ölkənin paytaxtı Astana şəhərinə səfər edəcək.
Milli Məclisdən "İki sahil"ə verilən xəbərə görə, deputatlar Cavanşir Feyziyev və Hikmət Məmmədov Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) xətti ilə, İqbal Məmmədov və Rüfət Quliyev isə Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) xətti ilə martın 19-da keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcəklər.
Millət vəkilləri beynəlxalq müşahidəçilər qismində seçkilərə hazırlıqla tanış olacaqlar və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.
Səfər martın 21-də başa çatacaq.
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib