“Azərbaycanın iki il öncə apardığı legitim mübarizəsinə bəzən primitiv yanaşmalarla qiymət verilir. Hesab edirəm ki, bu yanaşmalar çox vaxt publikaya hesablanıb”.
“İki sahil” xəbər verir ki, bunu “TRT World” Araşdırma Mərkəzinin direktoru Tarık Çerkaui Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, son 30-40 il ərazində İslamla bağlı xeyli tədqiqat aparılıb: “Lakin həmin araşdırmalar islamofobiyanı tam olaraq tədqiq edə bilməyib. Biz ilk növbədə medianın islamofobiyanı necə təqdim etdiyinə diqqət yönəltməliyik. Təəssüf ki, bu gün dünyada islamofobiya geniş vüsət alıb. Ona görə islamofobiyadan danışarkən həm də meta çərçivələri qabartmalıyıq ki, onlar dərin kök salmış inanclar üzərində qurulub”.
T.Çerkaui bildirib ki, Azərbaycan iki il öncə legitim mübarizə aparıb və öz torpaqlarını işğaldan azad edib.
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib