18 mart 2023 18:34
461

Son 20 ildə iqtisadiyyatımızın üç dəfədən çox artıb

Bu gün Azərbaycan regionda aparıcı iqtisadi gücə çevrilib. Azərbaycanın təşəbbüskarı olduğu, tərəfdaşları ilə birgə həyata keçirdiyi bir sıra irimiqyaslı layihələr nəinki regionun, eləcə də qonşu bölgələrin inkişafına mühüm töhfə verir. Bu layihələr sırasında Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti, ötən il istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunu, hazırda reallaşdırılan, Avropanın enerji təhlükəsizliyini təmin edəcək nəhəng "Cənub Qaz Dəhlizi" layihəsi, o cümlədən Transanadolu (TANAP) və Transadriatik (TAP) boru kəmərlərinin tikintisini, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsini, bundan başqa, Azərbaycanın "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması üzrə gördüyü işləri göstərmək olar.
Bütün bunlarla yanaşı, ölkədə iqtisadi islahatlar davam edir, iqtisadiyyatın qeyri-neft sektoru, xüsusən aqrar sahə son illərdə sürətlə inkişaf edir.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, inkişafa gedən yol dünya iqtisadiyyatına tam inteqrasiyadan keçir. Bunu Çin, Cənubi Koreya, Yaponiya, Tayvan kimi ölkələrin təcrübəsi də sübut edib. Məhz bu səbəbdən Azərbaycan son 15 ildə ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya kursunu seçdi və hazırda da bunu uğurla davam etdirir. Buna aid yüzlərlə misal çəkərək əyani olaraq aparılan iqtisadi islahatlar nəticəsində dünya iqtisadiyyatına inteqrasiya istiqamətində hər gün bir qədər də irəlilədiyimizi isbat etmək mümkündür.
Bu gün inamla deyə bilərik ki, Azərbaycan proqressiv ölkədir və bizim iqtisadi formulamız uğurludur. Bizim müasir iqtisadiyyatımız var və formalaşır. Azərbaycan zənginləşir, düşmənimiz isə yoxsullaşır, zəif dövlətə çevrilir. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla aparılan iqtisadi siyasətin nəticəsidir.
Xüsusilə vurğulanmalıdır ki, bütün dünyada iqtisadi inkişaf, qüdrətli dövlət yalnız ictimai-siyasi baxımdan sabit cəmiyyətlərdə mümkün olur. Unutmayaq ki, bu sabitliyi Azərbaycan xalqına Ulu öndərimiz Heydər Əliyev bəxş edib. Heydər Əliyevin siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev bu sabitliyi möhkəmləndirdi, xalqın xeyrinə bir sıra qərarlar qəbul edərək həyatın bütün sahələrində inkişafı təmin etdi.

Ölkə iqtisadiyyatında tərəqqi heç şübhəsiz ki, digər sahələrin də inkişafına təkan verir. Bunun bariz nümunəsi kimi Azərbaycanın son illərdə idman sahəsində əldə etdiyi nailiyyətləri də göstərmək olar. Belə ki, paytaxtımızda İlk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının son dərəcə yüksək səviyyədə təşkili, Azərbaycanda mütəmadi olaraq bir sıra digər idman yarışlarının keçirilməsi, idmançılarımızın dünya və Avropa çempionatları, Olimpiya Oyunları kimi nüfuzlu yarışmalarda uğurla çıxış etməsi, medallar qazanması Azərbaycanın dinamik inkişaf edən idman ölkəsinə çevrildiyini nümayiş etdirdi. 
Həmçinin Bakı beynəlxalq konfranslar, forumlar, simpoziumlar, festivallar və digər irimiqyaslı tədbirlərin ev sahibinə çevrilib.
Azərbaycanda turizm sahəsi də yüksək templə inkişaf edir. Rusiya, İran kimi yaxın qonşu ölkələrdən, ərəb dövlətlərindən və müəyyən qədər Avropa İttifaqı ölkələrindən Azərbaycana turist axını artır. Xarici ölkələrdən insanlar Azərbaycana gəlir, buradakı gözəlliyə, rahatlığa, sabitliyə, təhlükəsizliyə, multikulturalizmə, tolerant mühitə heyran olurlar. Təsadüfi deyil ki, 2018-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana dünyanın 139 ölkəsindən 352.5 min və ya ötən illin müvafiq dövrü ilə müqayisədə 12.1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.Bir daha qeyd edək ki, bütün bu uğurlar ümumilikdə ölkə iqtisadiyyatının inkişafına dəlalət edir.
Dünyada maliyyə-iqtisadi böhranın hökm sürməsinə baxmayaraq, Azərbaycan 2003-2018-ci illərdə bu böhrandan ən az itkilərlə çıxan, eyni zamanda inkişaf edən ölkə oldu. Belə ki, bu illərdə ÜDM 3.2 dəfə, büdcə gəlirləri - 13.5, strateji valyuta ehtiyatları - 23, xarici ticarət dövriyyəsi - 4.6, ölkə ixracı isə 6 dəfə artıb.
Ölkə regionlarının inkişaf etdirilməsi də diqqətdən qaçmamalıdır. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları qəbul edildi, bu proqramların icrası nəticəsində bölgələrimizdə inkişaf sürətləndi, infrastruktur kökündən dəyişdi, yol çəkilişi, su, qaz, elektrik enerjisi ilə təminat insanların rifahını, rahat həyat şəraitini əhəmiyyətli dərəcədə dəyişdi, iqtisadiyyatın inkişafının təkanverici amilinə çevrildi.
Bir sıra statistik rəqəmlər də bu ardıcıl, səlis islahatların eyni zamanda məşğulluğun təmin olunması, əhalinin gəlirlərinin artması ilə nəticələndiyini göstərir. Belə ki, əhalinin nominal gəlirləri 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə artdı, daimi iş yerlərinin sayı 1 436 200-ə çatdı, işsizliyin səviyyəsi 9,2%-dən 5%-ə, yoxsulluğun səviyyəsi 44%-dən 5,4%-ə endi.
Regionlarda minlərlə yeni təhsil müəssisəsi yenidən tikildi, əsaslı təmir edildi. Minlərlə səhiyyə ocağı, diaqnostik mərkəzlər əhalinin istifadəsinə verildi. 3500 tələbə dövlət hesabına təhsil aldı, ali təhsil alanların sayı 38% artdı və s. 2017-ci ilə qədər ölkədə 11 min km yeni yollar salınıb, 4,9 km metro xətti çəkilib. 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilib.
Bu nailiyyətlərin nəticəsidir ki, Azərbaycan hazırda bütün beynəlxalq mötəbər qurumların reytinqlərində qabaqcıl yerlərdədir. Azərbaycan dünyada ərzaq təhlükəsizliyi indeksində 57-ci yerə yüksəldi; rəqabətlilik indeksində 35-ci yerdə qərarlaşdı; innovasiya potensialına görə dünyada 44-cü oldu.
İqtisadi sahədə inkişaf ölkənin valyuta ehtiyatları, eləcə də idxal-ixrac əməliyyatlarında özünü göstərdi. Belə ki, Azərbaycanın valyuta ehtiyatları artıq 44 milyard dollara çatıb. 2007-ci ildə ölkədən 19 milyard 321 milyon manatlıq məhsul ixrac olunduğu halda, 2016-cı ildə bu göstərici 280 milyard 54 milyon manata yüksəldi.
Aqrar sahədəki ki uğurlarımıza da nəzər yetirməliyik. Son 10 ildə bitkiçilik məhsulları 3.1 dəfə, heyvandarlıq - 3.4, ət istehsalı - 1.6, quş əti istehsalı - 4.6, yumurta istehsalı - 1.8, süd istehsalı isə 1.5 dəfə artıb. Kənd təsərrüfatında 2007-ci ildə 2 918 600 ton məhsul istehsal olunmuşdusa, 2016-cı ildə bu göstərici 5 632 400 tona çatdı. 2017-ci ildə 150 min hektar torpaq əkin dövriyyəsinə cəlb edilib.
Son illərdə ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı, texniki bitkilərin istehsalı və ixracı da artmaqda davam edir. Əhalinin məşğulluğu təmin olunur, ölkəmizə qeyri-neft sektorundan valyuta axını artır. Məsələn, 2015-ci ildə 35 min ton, 2016-cı ildə 89 min ton, 2017-ci ildə isə 207 min ton pambıq yığılıb. 3 ildə artım təkcə bu sahədə 5,9 dəfə təşkil edib. Baramaçılıq üzrə 2015-ci ildə 236 kq, 2016-cı ildə 70 ton, 2017-ci ildə isə 245 ton barama tədarük edilib. Yəni 3 ildə 1000 dəfədən çox artım olub.
Sön dövrlərdə Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq, çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə, pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirələri keçirilib. Müşavirələrdə dövlət başçısı aqrar sahədə görüləcək işlərlə bağlı müvafiq tapşırıqlarını verib, istiqamətləri müəyyənləşdirib. Bütün bunlar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatların məntiqi nəticəsidir. Heç şübhəsiz ki, növbəti illərdə də Azərbaycan iqtisadiyyatının artımı davam edəcək, bir çox sahələrdə yeni-yeni nailiyyətlər əldə olunacaq. Ümumilikdə son 16 ildə ölkəmizdə ümumi daxili məhsul istehsalı 3,4 dəfə, o cümlədən qeyri neft-qaz sektoru üzrə 2,9 dəfə, sənaye məhsulu istehsalı 2,7 dəfə, o cümlədən qeyri neft-qaz sənayesi üzrə 2,7 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 2,9 dəfə, yük daşınması 2,1 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 14,2 dəfə, dövlət büdcəsinin gəlirləri 20,0 dəfə, xərcləri 19,8 dəfə, əhalinin nominal gəlirləri 9,9 dəfə, minimum əməkhaqqı 27,8 dəfə, əmək pensiyasının minimum məbləği 10,0 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, o cümlədən idxal 5,2 dəfə, ixrac 7,6 dəfə, qeyri neft-qaz məhsullarının ixracı 5,2 dəfə artıb, işsizlik səviyyəsi 9,2 faizdən 4,8 faizə, yoxsulluq səviyyəsi 44,7 faizdən 4.8 faizə enib, bu illər ərzində 2 369,0 min iş yeri yaradılıb.
Strategiya çərçivəsində iq­tisadi artım sürətinin yüksəldilməsi üçün neft gəlirlərindən asılılığın əhəmiyyətli dərəcədə azaldılmasına yönəlmiş yüksək əlavə dəyər yaradan artım modelinin formalaş­dırılması nəzərdə tutulur: “Yeni strategiya layihəsi uğurla həyata keçirildiyi təqdirdə, 2022- 2026-cı illərdə ölkədə ÜDM-in orta illik artım tempinin 3,9 %, o cümlədən qeyri-neft sektorun­da 5 % səviyyəsində formalaş­ması, adambaşına düşən nominal ÜDM-in həcminin hazırkı dövrlə müqayisədə 1,3 dəfə artırılması tə­min olunacaqdır.
 Bu hədəfər ölkə iqtisadiyyatının sürətli artımı üzrə göstəricilərinə uyğundur: "Qeyd etməliyəm ki, növbəti ilin makroiqtisadi proqnozları və dövlət büdcəsinin parametrləri, faktiki olaraq, yeni strateji döv­rün ilk ilinə uyğun qaydada tərtib edilib. 2022-ci ildə ÜDM-in 3,9 %, qeyri-neft məhsulları üzrə 4 % artımını proqnozlaşdırırıq. Həm­çinin ayrı-ayrı sektorlarda iqtisadi artım gözləntilərimiz vardır. Kənd təsərrüfatında 4 %, qeyri-neft sənayesində 8,7 %, turizm sek­torunda 48,2 %, nəqliyyatda 4,5 %, informasiya və rabitədə 9,5 % kimi bir artım göstəricilərindən söhbət gedir”.

Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən demək olar ki, yaxın gələcəkdə Azərbaycan regional müstəvidə öz lider mövqe­yini qoruyub saxlayacaq.
Nazir vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazın aparıcı iqtisadiyyatı olan ölkəsidir: “Sürətli inkişafa, logistik imkanlara, biznes üçün əlverişli platformaya nail olmaq yolunda dayanmadan irəliləyir. Ölkəmizin artan sosial-iqtisadi gücü regionun ümumi inkişafı üçün də əlverişli zəmin ya­radır. İnnovativ islahatlar, iqtisadi idarəetmə modelinin dövrün tələb­lərinə uyğun yenilənməsi sayəsində artmaqda olan sosial-iqtisadi qüd­rət Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatları­na da müsbət təsir göstərən qlobal layihələrin təşəbbüskarı və təşkilat­çısı olmağa imkan yaradır.
Möhtərəm Prezident İlham Əliye­vin rəhbərliyi ilə həyata keçirilən ye­ni iqtisadi inkişaf strategiyasının real­laşması ölkə iqtisadiyyatının ümumi mənzərəsində və fəaliyyət mühitində böyük dəyişikliklərə səbəb olacaq, iqtisadi artım tamamilə yeni keyfiy­yət təməlləri üzərində formalaşacaq”.

Orxan İsmayılov,
YAP Xətai rayon təşkilatının fəal üzvü