20 mart 2023 07:52
401

Nümayəndə heyətimiz Avropa Şurası Konqresinin sessiyasında iştirak edəcək

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburq şəhərində keçiriləcək 44-cü sessiyasının işində Azərbaycan nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvü Anar İbrahimovun rəhbərliyi ilə iştirak edəcək.

“İki sahil” xəbər verir ki,  sessiya martın 21 və 23-də Strasburq şəhərində keçiriləcək. Konqresin 44-cü sessiyasında Avropa Şurasının Baş katibi Mariya Peyçinnoviç Buriç və Avropa Şurası Parlament Assambleyasının Prezidenti Tini Koksun çıxışları nəzərdə tutulur.