20 mart 2023 09:55
531

Ceyhun Bayramov Brüsselə gedib

20 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” adlı Beynəlxalq Donorlar Konfransında iştirak etmək məqsədilə Belçika Krallığının Brüssel şəhərinə işgüzar səfərə yola düşüb.

“İki sahil” xəbər verir ki,  bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.