Gələn həftə siyasi partiyaların Azərbaycan Mərkəzi Seçki Komissiyasına (MSK) 2022-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatır.
“İki sahil” xəbər verir ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər.
Bu il aprelin 1-i şənbə gününə təsadüf etdiyi üçün partiyalar illik maliyyə hesabatlarını martın 31-dək MSK-ya təqdim etməlidirlər.
MSK-nın rəsmi saytına əsasən, indiyədək heç bir siyasi partiya illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə quruma təqdim etməyib.