21 mart 2023 21:46
420

Niderland da "TikTok"u qadağan edir

Niderland tezliklə dövlət işçilərinə iş üçün istifadə olunan mobil telefonlara "TikTok" proqramını yükləməyi qadağan edəcək. 

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi yanında rəqəmsallaşma üzrə dövlət katibi Aleksandra van Huffelen parlamentin aşağı palatasına ünvanladığı məktubda qeyd edib.

Bildirilir ki, ilkin mərhələdə dövlət qulluqçularının bu proqramdan könüllü imtina etməsi təşviq ediləcək, daha sonra isə ölkə rəhbərliyi məcburi qaydalar tətbiq etməyə başlayacaq.

Xatırladaq ki, bir müddət əvvəl Belçika və Böyük britaniyada dövlət işçilərinə "TikTok" sosial şəbəkəsindən istifadə qadağan edilib. Belçika Kibertəhlükəsizlik Mərkəzinin xəbərdarlığına görə, "TikTok" istifadəçilərdən məlumatlar toplayır. Bununla yanaşı, bir çox digər ölkələrdə də "TikTok"la bağlı oxşar qadağalar tətbiq edilib.