22 mart 2023 09:28
302

Binəqədidə köşk yanıb

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 12 m² olan dəmir konstruksiyadan ibarət köşkün taxta üzlüyü və içərisində olan əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb