24 mart 2023 22:54
388

Pilotlar Netanyahunu Londona aparmadı

İsrailin Baş naziri Benyamin Netanyahunun Böyük Britaniyaya səfəri pilotların onunla birlikdə təyyarədə uçmaqdan imtina etməsi səbəbindən təxirə salınıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Deyli Teleqraf" (The Daily Telegraph) Britaniya hökumətindəki mənbələrinə istinadla məlumat yayıb.

Pilotlar Netanyahunun ölkənin məhkəmə sistemində planlaşdırdığı islahatla razılaşmaması nəticəsində yaranan kütləvi etirazlara görə bu addımı atıb.

Qeyd edək ki, Netanyahu 23 martda Londona getməli idi. Onun bu gün səfəri reallaşdıra biləcəyi güman olunur.