26 mart 2023 20:17
438

İsrail Prezidenti Prezident İlham Əliyevi təbrik edib

İsrail Prezidenti İsaak Hersoq Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

“İki sahil” xəbər verir ki, İsaak Hersoq bu barədə özünün "Twitter" səhifəsində paylaşım edib.

O bildirib ki, Azərbaycanın İsraildəki ilk səfiri Muxtar Məmmədovun etimadnaməsini təqdim etməsinə görə Prezident İlham Əliyevi təbrik edir:

“Bu təyinat diplomatik münasibətlərin 30 illiyini qeyd etdiyimiz bir mərhələdə çox mühüm hadisədir”.