27 mart 2023 13:10
478

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaar aprelin 3-də Azərbaycana səfər etməyi planlaşdırır.

İnformasiya mənbələrindən "İki sahil"ə verilən məlumata görə, T.Klaar Gənc Avropa Səfirləri və Aİ-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən birgə açılmış Avro Klubun açılış mərasimində iştirak üçün Bakıya səfər edəcək.

Xatırladaq ki, T.Klaar sonuncu dəfə Azərbaycana martın 5-də gəlib.