29 mart 2023 12:28
328

Ceyhun Bayramov: Bu gün Azərbaycanda 140-a qədər İsrail şirkəti fəaliyyət göstərir

Bu gün Azərbaycanda 140-a qədər İsrail şirkəti fəaliyyət göstərir.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohenlə görüşdən sonra mətbuata birgə bəyanatında bildirib.

“İki ölkə arasında birbaşa uçuşların açılması əlaqələrimizə daha da töhfə verib. Aprelin 19-da Bakıda İsrail-Azərbaycan iqtisadi əlaqələr üzrə komissiyanın iclası keçiriləcək. Əminəm ki, bu iclas bizim səmərəli əməkdaşlığımıza töhfə verəcək. Azərbaycan və İsrail arasında kənd təsərrüfatı, su idarəçiliyi sahəsində əməkdaşlıq var. Elm, təhsil, mədəniyyət, turizm sahəsində əməkdaşlığımız dərinləşir”, - Ceyhun Bayramov deyib.