Üçtərəfli bəyanat müharibəyə son qoyduqdan sonra Azərbaycan sülh gündəliyinə təşviq edir, ancaq Ermənistan aqressiv ritorikası ilə təhdid edir.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohenlə görüşdən sonra mətbuata birgə bəyanatında bildirib.
“Azərbaycan olaraq biz inanırıq ki, normallaşmaya alternativ yoxdur və bu, qarşılıqlı ərazi bütövlüyünün və suverenliyinin tanınmasına əsaslanmalıdır. Azərbaycan azad oluna ərazilərdə yenidənqurma başladıb, ağıllı şəhərlər tikir, dağıdılmış şəhərlər yenidən qurulur. Biz İsrail şirkətlərinin bu prosesdə marağını yüksək qiymətləndiririk”, - Ceyhun Bayramov deyib.