Tovuz, Göygöl və Qəbələ rayonlarının meşə fondu torpaqlarında ağacəkmə tədbirləri keçirilib.
“İki sahil” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verir ki, ağacəkmələr zamanı Regional Meşə Təsərrüfatı Mərkəzlərinin, Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının, rayon icra hakimiyyətlərinin, Yeni Azərbaycan Partiyasının və hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə hər rayonun yerli torpaq-iqlim şəraitinə uyğun ümumilikdə, 5 min 350 ədəd Eldar şamı, qoz və göyrüş tingləri əkilib.