29 mart 2023 17:43
259

Ceyhun Bayramov Netenyahu ilə görüşdü FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin Baş naziri Benyamin Netenyahu ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik tviterdə yazıb.

Görüşdə regional məsələlər müzakirə edilib, ikitərəfli əməkdaşlığın gücləndirilməsinə dair razılıq əldə olunub.