"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun sevgilisi Rorcina Rodrigez uşaqları tərbiyə etmələrindən danışıb.
"İki sahil" AS nəşrinə istinadən xəbər verir ki, o, övladlarını düzgün istiqamətə yönəltmək üçün müxtəlif üsullardan istifadə etdiyini deyib: “Kriştiano və mən təvazökar ailələrdənik, hər fürsəti qiymətləndiririk. Biz həmişə uşaqlarımızı şükr etməyə çağırırıq. Bəzən onları aclıq çəkən uşaqlarla bağlı videolara baxmağa vadar edirəm. Deyirəm ki, onların da başına gələ bilər. Uşaqlıqda anam hər şeyi yeməyənə qədər masadan qalxmağıma icazə verməzdi”.
Qeyd edək ki, Ronaldonun 5 övladından 2-sinin anası Corcinadı.