31 mart 2023 07:51
329

Laçın-Xankəndi yolundakı aksiya 110 gündür davam edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

“İki sahil” xəbər verir ki, ictimai fəallar hava şəraitinin soyuq və küləkli olmasına baxmayaraq, aksiyanı gecəboyu da davam etdiriblər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb və 110 gündür davam edir.